Bakının Xətai rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. 1990-cı il təvəllüdlü Hacıyev Amid Mirzəməmməd oğlu yolu keçərkən onu motosiklet vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldırın sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.