Bərdə, Balakən və Sabirabadda ağır yol qəzaları - 3 ölü, 2 yaralı var - VİDEO

Yol qəzaları 19 May 2020 | 00:27
OXUNUB: 1090

Bərdədə zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə rayon mərkəzində, Tərtər çayının üzərində yerləşən körpünün üstündə qeydə alınıb. Üç avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Qəza zamanı Tərtər rayon polis şöbəsinin əməkdaşı 37 yaşlı Elgün Məmmədov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. 29 yaşlı Bərdə rayon, Ağalı kənd sakini hərbiçi Asif Əliyev və 31 yaşlı Gəncə şəhər sakini İsa Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb, hazırda vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Balakəndə isə 75 yaşlı kişini maşın vurub. Hadisə Yevlax - Balakən magistralının 154-cü kilometrliyində baş verib. Balakən rayonu, Qullar kəndi ərazisində rayonun Mazımçay kənd sakini Məhəmməd İbrahimov idarə etdiyi minik avtomobili ilə Balakən şəhəri istiqəmətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Qullar kənd sakini Cavadxan Şəkiliyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Cavadxan Şəkiliyev xəstəxanaya aparılsa da orada dünyasnı dəyişib. 

Sabirabadda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən Sabirabad şəhər sakini, 36 yaşlı Elnur Mirzəliyevi vurub. Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər Xəstəxanasına aparılarkən yolda keçinib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man