DYP postunda saxlanılan şəxslərdən görün nələr aşkarlandı - VİDEO

İctimai nəqliyyat 18 May 2020 | 16:41
OXUNUB: 2808

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları Ələt-Astara-İran sərhədi yolunun 148-ci kilometrliyində “VAZ-21140” markalı avtomobili saxlayıb. Avtomobildə olan sürücü və iki sərnişindən narkotik vasitələr və bıçaq aşkarlanıb.

Baş DYP İdarəsininin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, “VAZ” markalı, 99 UO 054 dövlət nömrə nişanlı avtomobilin sürücüsü və sərnişinləri Bədəlov Elnur Qaçaxan oğlu, Əlizadə Elməddin Ələddin oğlu və Nərimanov Vasif Asif oğlu şübhəli şəxs qismində saxlanılıb. Onların üzərindən müxtəlif narkotik vasitələr, eləcə də iki ədəd soyuq silah – bıçaq aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər tədbir görülməsi üçün aidiyyatı üzrə Cəlilabad rayon Polis Şöbəsinə təhvil verilib.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man