Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 18-nə keçən gecə Bərdə şəhəri ərazisində şəhər sakinləri İ.Mustafayevin idarə etdiyi “Nissan”, F.Əliyevin idarə etdiyi “KİA” və Gəncə şəhər sakini T.Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə T.Əliyev və sərnişini Elgün Məmmədov, habelə F.Əliyevin sərnişini A.Əliyev xəstəxanaya yerləşdirilmiş, E.Məmmədov orada ölüb.
Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man