Kanadada aviaşou göstərməyə gedən təyyarə qəzaya uğradı; 1 ölü, 1 ağır yaralı - FOTO

Yol qəzaları 18 May 2020 | 08:58
OXUNUB: 743

Kanadanın Hərbi Hava Qüvvələrinin “Snowbirds” pilotaj qrupunun təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 1-i isə ağır xəsarətlər alıb. Avtosfer.az xəbər verir ki, hadisə Britaniya Kolumbiyası əyalətinin Kamlups şəhərində qeydə alınıb. Bu barədə ölkənin “CBC” telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə yerli aeroportdan havaya qalxdıqdan sonra düşüb. Hadisə zamanı pilotlardan biri katapult edə bilib.

Bildirilir ki, qəzaya uğrayan hava gəmisi yaşayış evinə çırpılıb və bundan sonra yanğın başlayıb.

Hazırda insidentlə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, “Snowbirds” komandası, kanadalılara və koronavirusla mübarizə aparan həkimlərə dəstək olmaq üçün aviaşouda iştirak edəcəkdilər.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man