Yol polisindən sürücülərə texniki baxışla bağlı VACİB AÇIQLAMA

İctimai nəqliyyat 18 May 2020 | 01:16
OXUNUB: 5184

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışı, qeydiyyat və təkrar qeydiyyatı ilə bağlı sürücülərə müraciət edib. İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, mayın 18-dən etibarən sms icazə sistemi ləğv edildiyi üçün sürücülərin sərbəst hərəkəti mümkün olacaq. "Odur ki, nəqliyyat vasitələrinin texniki baxış müddəti bitmiş və ya bitmək üzrədirsə vətəndaşlar texniki baxış şöbələrinə yaxınlaşaraq bu prosesi icra edə bilərlər. Eyni zamanda nəqliyyat vasitələrinin alqı-satqı prosesi də bütün Qeydiyyat-İmtahan şöbələrində həyata keçirilir." 


Kamran Əliyev güzəşt ediləcək şəxslər barədə də məsələyə aydınlıq gətirib. "Bölgələrə getmək imkanı olmayan və yaxud da Bakıya gələ bilməyən şəxslərə texniki baxışdan keçmədiyi üçün güzəştlər olacaq. Lakin yol polisi sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyə imkanı olan şəxslər bu prosesi yerinə yetirsinlər."

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man