Balakəndə 75 yaşlı piyadanı maşın vurub öldürüb

Yol qəzaları 17 May 2020 | 20:40
OXUNUB: 1523

Balakəndə 75 yaşlı kişini maşın vurub öldürdü.

Avtosfer.az-ın APA-nın şimal-qərb bürosuna istinadən məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 154-cü kilometrliyində, Balakən rayonu Qullar kəndi ərazisində keçən hissəsində baş verib.
Balakən rayonu Mazımçay kənd sakini, 1959-cu il təvəllüdlü Məhəmməd Müslüm oğlu İbrahimov idarə etdiyi “Qaz 2705” markalı, 10 HH 718 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən  yolun sağından soluna keçən piyada, Balakən rayonu Qullar kənd sakini 1945-ci il təvəllüdlü Cavadxan Tacəddin oğlu Şəkiliyivi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Şəkiliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
C.Şəkiliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən həyatını dəyişib.
Faktla bağlı araşdırma aparılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man