“Azərbaycan Dəmir Yolları”ndan bilet satışı ilə bağlı AÇIQLAMA

17 May 2020 | 17:45
OXUNUB: 2616

Beynəlxalq sərnişin daşımaları dayandırıldığı üçün qarşıdakı günlərə bilet almaq mümkün deyil.  

Avtosfer.az xəbər verir ki, bu barədə  açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib.  

N.Bayramova vətəndaşların xarici ölkələrə və regionlara səfər üçün biletlərlə bağlı müraciətlərinə cavab olaraq bildirib ki, hazırda qatarların beynəlxalq və ölkədaxili istiqamətlərdə hərəkəti dayandırıldığından biletlərin satışı da həyata keçirilmir:  

“Pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi tətbiq edilir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, beynəxalq və regional sərnişin daşımaları, eləcə də ADY-nin onlayn bilet satışı dayandırılıb”.  

Natəvan Bayramova onu da əlavə edib ki, qatarların ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkəti bərpa olunduqdan sonra onlayn bilet satışı da mümkün olacaq. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man