Avtoservisi qarət edən dəstəni “VAZ”la zərərsizləşdirmək istədilər - VİDEO

Nəqliyyat TV 17 May 2020 | 10:57
OXUNUB: 2240

Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanları avtoservisi qarət edən dəstəni axtarır. Avtosfer.az xəbər verir ki, insident ötən gecə Simonov küçəsində qeydə alınıb. Bu barədə “78.ru” portalı məlumat yayıb.

Məlumata görə, “BMW” ilə avtoservisə gələn silahlı 4 nəfər oradan seyf oğurlayıblar. Cinayətkarlar seyfi avtomobilin yük yerinə qoymaq istəyən zaman, qarətdən xəbər tutan servis işçiləri onların qaçmağına mane olmaq üçün “VAZ-2105” markalı maşını quldurların olduğu “BMW”yə çırpıb. Ancaq buna baxmayaraq dəstə avtomobilə minərək qaçmağa müvəffəq olublar.

Hadisə zamanı şübhəlilərdən birinin xəsarət aldığı bildirilir.

Hazırda polis əməliyyat-axtarış tədbirlərinə başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man