Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın “Report”-a istinadən məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində qeydə alınıb.
Belə ki, evlərinin qarşısında oynayan 2006-cı il təvəllüdlü Qəniyev Cavanşir Şıxəli oğlunu avtomobil vurub.
Yeniyetmə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona baş və bədənin əzilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man