Bakıda sürücü ilə polis əməkdaşları arasında insident yaşanıb.
Avtosfer.az oxu.az -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Paylaşımda hadisənin bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi qeyd olunub.
Belə ki, bir neçə polis əməkdaşı üzərində dövlət nömrə nişanı olmayan minik avtomobilini saxlamaq üçün süni tıxac yaradıblar. Ancaq sürücü tıxacdan çıxmağa müvəffəq olub. Bu zaman o, yaxınlıqdakı avtobusa və bir neçə avtomobilə də zərər verib. Polis əməkdaşları hadisəni törədən avtomobilin ön şüşəsini sındırmaqla sürücünü saxlamağa çalışsalar da, buna nail olmayıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Həmin görüntüləri təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man