Kürdəmirdə zəncirvari qəza oldu, yaralılar var

Yol qəzaları 16 May 2020 | 10:47
OXUNUB: 450

Kürdəmirdə zəncirvari yol qəzası baş verib.

Avtosfer.az-ın "Report"un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Rəhim Rəhimovun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman Kürdəmir rayon sakini Əlvan Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Bu zaman "Niva" Nazim Süleymanovun idarə etdiyi "VAZ-2107" markalı maşınla toqquşub.

Nəticədə "Mercedes"də olan sərnişinlər - Ucar rayon sakini, 32 yaşlı İsrailov Ərşad Ədilxan oğlu və Ağstafa rayon sakini, 39 yaşlı Cəlilov Samir Səhnədər oğlu müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man