Bakıya tramvaylar gətirilə bilər?

15 May 2020 | 19:45
OXUNUB: 2213

Tramvaylar havanın çirklənməsi baxımından ən təhlükəsiz nəqliyyat vasitələrindən hesab olunur. Bizim də bu baxımdan təhlükəsiz nəqliyyat vasitələrindən istifadə etmək planımız var.

Avtosfer.az "MediaPost"-a istinadən verir ki, bu barədə “AVTO FM” radiosunun efirində qonaq olan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nahid Quliyev deyib.

“Bunu birdən-birə etmək olmaz. Tutalım, Bakıya elektrikli avtobusların gətirilməsini planlayırıq. Bunun üçün onların doldurulacağı yerlər olmalıdır. Tramvaylar da sevdiyimiz nəqliyyat növüdür. Gələcəkdə tramvayları da Bakıya gətirmək barədə planlarımız var. Bu istiqamətdə araşdırmalar aparırıq. Daha yeni formatda tramvayların gətirilməsi ilə bağlı strategiyaları izləyirik. Bu istiqamətdə qabaqcıl ölkələrin də təcrübəsini izləyib istifadə edirik. Ümid edirəm ki, yaxın dönəmdə bu tramvayları Bakıda da görə bilərik”, - deyə agentlik nümayəndəsi bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man