“Əgər siz bu videoya baxırsınızsa, demək, mən artıq ölmüşəm” - VİDEO

06 Yanvar 2020 | 00:07
OXUNUB: 5719

Tanınmış rusiyalı həkim, Piroqov adına klinikanın cərrah-onkoloqu Andrey Pavlenko 41 yaşında dünyasını dəyişib. "Qafqazinfo” bildirir ki, bu barədə onun həyat yoldaşı Anna Qeqeçkori sosial şəbəkədə məlumat verib.

"Bu gün - yanvarın 5-də saat 08:20-də Andrey dünyasını dəyişdi”, - Qeqeçkori Feysbukda yazıb. Onun sözlərinə görə, A. Pavlenko ömrünün son günlərini həyat yoldaşı və üç övladının əhatəsində keçirib. Pavleno iki ilə yaxın idi ki, mədə xərçəngi ilə mübarizə aparırdı.

Həkimin ölümündən əvvəl çəkdiyi vida müraciətində isə "Əgər siz bu videoya baxırsınızsa, demək, mən artıq ölmüşəm” cümləsi izləyiciləri göz yaşına boğub. A. Pavlenko xəstəliyi ilə mübarizə apardığı müddət ərzində ona dəstək olan hər kəsə dərin minnətdarlığını bildirib. Bundan əlavə, o, dostları ilə bərabər yaratdığı Qrantın bundan sonra onkoloji xəstəliklərlə bağlı media layihələrini maliyyələşdirəcəyini deyib.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man