Avtobusa maskasız minən qadını çölə atdı - VİDEO

Nəqliyyat TV 15 May 2020 | 15:33
OXUNUB: 1218

Rusiyanın Samara şəhərində karantin qaydalarına riayət etməyən sərnişini avtobusdan çölə atıblar. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident mayın 15-də səhər saatlarında baş verib.

İddiaya görə, avtobusun konduktoru, salona maskasız daxil olan yaşlı qadına xəbərdarlıq edib. Qadın əhəmiyyət verməyərək avtobusa minib. Konduktor bu dəfə oturacaqda maskasız əyləşən qadından avtobusu tərk etməsini tələb edib, ancaq o, yenə əhəmiyyət verməyib. Bundan sonra avtobusun tərpənmədiyini görən kişi sərnişinlərdən biri, qadını oturacaqdan durğuzaraq salondan küçəyə itələyib.

Şahidlər hadisəni görüntüləyərək, videonu sosial  şəbəkədə yayımlayıblar.

 

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man