Kareliya Respublikasında yol patrul avtomobilinin törətdiyi qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Petrozavodsk şəhərində qeydə alınıb.
Kadrlarda, yol patrul avtomobilinin sürətlə hərəkətdə olduğu və döngədə sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqfora çırpıldığı görülür.
Hadisə şahidinin sözlərinə görə, patrul maşını həmin anda sayrışan işıqlarını (miqalka) işə salaraq hərəkət edib. Bundan əlavə, yol da sürüşkən olub.
Bildirilir ki, qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man