Qatarla toqquşan “VAZ” əzik-əzik oldu - FOTO

Yol qəzaları 14 May 2020 | 11:08
OXUNUB: 738

Rusiyanın Kurqansk əyalətində qatarın və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 13-də axşam saatlarında Dalmatovsk rayonunda qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumata yayıb.

Məlumata görə, 40 yaşlı sürücü idarə etdiyi “VAZ-21140” markalı avtomobillə, işıqforun xəbərdarlıqedici siqnalına məhəl qoymayaraq dəmir yol keçidindən keçməyə çalışarkən qatarla toqquşub. Zərbənin şiddətindən avtomobil deformasiyaya uğrayıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man