Bakıda avtomobil velosipedçini vurdu

Yol qəzaları 14 May 2020 | 10:04
OXUNUB: 618

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”-a istinadən  xəbər verir ki, hadisə paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı 90-LL-426 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolun əks istiqaməti ilə gələn velosipedçi, 1994-cü il təvəllüdlü Ələkbərov Tamerlanı vurub.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan şəxsə ilkin tibbi yardımı hadisə yerində olan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları göstərib. 

Daha sonra yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması və sol topuğun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man