Dəmirlə sürücüyə hücum edən şəxs həbs olundu - VİDEO

İctimai nəqliyyat 13 May 2020 | 21:25
OXUNUB: 2401

Bakıda qaydaları kobud şəkildə pozaraq eyni zamanda xuliqanlıq edən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, hadisə 12 may, saat 16:39 radələrində Sabunçu rayonu, Zabrat yolunda 99 AF 375 dövlət nömrə nişanlı, üzərində taksi olan avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edib. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün önünə çıxıb. Sürücü ona zolağına qayıtmasını bildirib. Bu zaman avtomobildən düşən qayda pozan sürücü təkidlə ona yol verilməsini tələb edib. Etiraz ilə qarşılaşandan sonra isə avtomobilə qayıdaraq dəmir boru götürür və digər sürücüyə hücum çəkib. Taksidə əyləşən yaşlı sərnişinin müdaxilə etməsindən sonra geri çəkilən şəxs sürücünü təhdid də edib.
Bu gün səhər saatlarında Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin sürücünü saxlayıblar. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, Sabunçu DYPŞ-də sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə polis bölməsinə təhvil verilib. Daha sonra işə məhkəmədə baxılıb. Sabunçu rayon məhkəməsinin qərarı ilə hadisəni törədən Nəcəfov Kamal Səfərəli oğlu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs edilib.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man