MG markası ilk elektrik rodsterinin eskizlərini dərc edib

Nəqliyyat xəbərləri 13 May 2020 | 17:50
OXUNUB: 951

MG markasına sahib olan Çinin SAIC konserni, MG Cyberster elektrik konseptinin tizerlərini dərc edib. Konseptin seriya variantı, 2011-ci ildə buraxılışına son verilmiş MG TF rodsterinin ideoloji varisi ola bilər.

 

İstehsalçı MG Cyberster (Tesla Cybertruck və Roadster modellərinə işarə edir) konsepti barədə məlumat verməyib və yalnız tizerləri dərc etməklə kifayətlənib. Tizerlərdə avtomobilin üzərinə səpələnmiş işıqlandırılan loqotipləri, "örtülmüş" LED fənərləri, uzun kapotu və Britaniya bayrağına bənzər naxışlara malik olan arxa fənərləri və Kamm quyruğunu görmək olar. Çin mətbuatı konseptin 5G rabitə standartını və üçüncü səviyyəli avtopilotu alacağından əmindir.

 

Güc qurğusuna gəldikdə isə, MG Cyberster onu 2017-ci ilin MG E-motion konseptindən götürə bilər. Xatırladaq ki, dörd nəfərlik kupe olan MG E-motion modelinin 100 km/saat həddini dörd saniyəyə topladığı və 500 kilometrlik yürüş ehtiyatına malik olduğu iddia edilirdi.(autograph.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man