Rusiyanın Tula əyalətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Novomoskovsk şəhəri ərazisində qeydə alınıb.
Bildirilir ki, 68 yaşlı qadın sürücü idarə etdiyi “Audi” markalı avtomobillə, manevr etmək istəyərkən, arxadan, 22 yaşlı sürücünün idarə etdiyi “Scania” markalı TIR çırpılıb. Zərbənin şiddətindən əks zolağa çıxan “Audi”, qarşıdan gələn “MAN” markalı yük maşını ilə toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, onun 63 yaşlı kişi sərnişini isə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man