Yol polisi "protiv" gedən "Porshe" sürücüsünü cərimələdi - VİDEO

İctimai nəqliyyat 11 May 2020 | 19:41
OXUNUB: 2664

Bakıda qaydaları kobud şəkildə pozan sürücü yol polisi tərəfindən aşkarlanıb. Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, rayonun Atamoğlan Rzayev küçəsində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə çıxaraq gələn 99 SN 722 dövlət nömrə nişanlı, "Porsche" markalı avtomobilin sürücüsü aşkar edilib.
Rayon Yol Polisi Şöbəsinin əməkdaşı, 99 YP 288 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan polis serjantı Tural Kamranzadə "Porshe"nin sürücüsü Novruzlu Sahil Müşfiq oğlunu saxlayıb. Sürücüyə Avtosfer.az saytında yayımlanan video təqdim olunub. Sürücü qayda pozduğunu etiraf edib. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib olunub. 100 manat və 4 bal cərimə edilib. 

Qeyd edək ki, bu gün Suraxanı rayonu ərazisində əks istiqamətdə hərəkət edən sürücünün görüntüləri Avtosfer.az saytında yayımlanmışdı. 
Oxucumuz və saytımız adından Suraxanı DYPŞ-a operativ şəkildə reaksiya verdiyi və sürücünü cəzalandırdığı üçün təşəkkür edirik.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man