Sosial şəbəkələrdə Ağdam rayonunda anadan olmuş və hazırda Bərdə şəhərində yaşayan Vüqar Quliyevin yol polisindən şikayətini əks etdirən video yayılıb. Videoda iddia olunur ki, Bərdə rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ondan rüşvət tələb edir.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, sürücü əvvəlcə yolun hərəkət hissəsində nəqliyyat vasitəsinin yerləşdirilməsi qaydasını pozduğuna görə saxlanılıb. "Mikroavtobusu idarə edən Vüqar Quliyevin tibbi müayinədən keçmədiyi, nəqliyyat vasitəsini etibarnaməsi olmadan idarə etməsi, həmçinin nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi halları müəyyən olunduğu üçün sürücünün barəsində müvafiq qaydada inzibati protokol tərtib olunub və o, 150 manat məbləğində cərimə edilib. Sürücü həm protokolda, həm də əlavə izahatda yazılı ifadə verərək nasazlığı aradan qaldıracağı barədə söz verib."
Kamran Əliyev bildirib ki, sürücü gələcəkdə onun belə hərəkətlərinə güzəştə gedilməsi məqsədilə bu cür addım atıb. "Yol polisi qanuni şəkildə protokol və cərimə tətbiq edib. Sürücü qaydalara əməl etməli, müvafiq nasazlığı aradan qaldırmalı, cəriməni ödəməli və daşıdığı hər bir sərnişinin təhlükəsizliyinə cavabdeh olduğunu nəzərə alaraq bir daha belə qayda pozuntularına yol verməməlidir."
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man