Beyləqanda yol qəzasında iki nəfər xəsarət aldı

Yol qəzaları 11 May 2020 | 01:00
OXUNUB: 2507

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, rayon ərazisində “QAZel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1954-cü il təvəllüdlü Alıyev Süleyman Sabir oğlu və 1993-cü il təvəllüdlü Əliyev Orxan Bahəddin oğlu xəsarət alıblar.

Hər iki şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndəriliblər.

Həkim müayinəsi zamanı S. Alıyevə qapalı kəllə-beyin travması, qabırğalarının və sol bud sümüyünün sınıqları diaqnozları qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Digər yaralı, O. Əliyevə isə sol diz qapağının qapalı yerdəyişmiş sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man