İki avtomobil toqquşdu, sürücü salonda sıxılıb qaldı - VİDEO

Yol qəzaları 10 May 2020 | 13:00
OXUNUB: 1197

Lənkəranda iki minik avtomobilinin toqquşması zamanı bir nəfər ağır xəsarət alıb. Qəza şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Şəhriyar İmanlı idarə etdiyi “Toyota" markalı avtomobillə hərəkətdə olan zaman Liman şəhər sakini Zahid Kazımovun idarə etdiyi “VAZ 2103” markalı avtomobillə toqquşub. Zərbənin gücündən Zahid Kazımov avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin briqadası cəlb olunub. Sürücü deformasiyaya uğramış avtomobildən çıxarılıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona sol bud və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man