Rusiyada yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Yol qəzaları 10 May 2020 | 09:30
OXUNUB: 773

Rusiyanın İrkutsk vilayətində ağır yol qəzası baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ruaiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb. 

Magistral yolda 3 avtomobilin (“VAZ-2109”, “Toyota Vista” və “VAZ-2110”) toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə mayın 9-da gecə saatlarında Usolski rayonunun Malta qəsəbəsi yaxınlığında qeydə alınıb. 

İlkin məlumata görə, qəzaya səbəb “VAZ-2109”un qarşıdakı zolağa çıxması olub. Nəticədə 33 yaşlı sürücü də daxil olmaqla, avtomobildəki 2 sərnişin dünyasını dəyişib. Onlardan birinin 31, digərinin isə 29 yaşı olduğu bildirilib. 

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man