Qadınlar birləşib oğrunu döydülər

28 Dekabr 2019 | 23:30
OXUNUB: 2273

Satıcı və başqa bir alıcı qadın birləşərək, şirniyyat dükanını qarət etmək istəyən oğrunu döyüblər.

Bununla bağlı kadrları "Mash” "Telegram” kanalı yayımlayıb.

Hadisənin Rusiyanın Samara şəhərində yaşandığı bildirilib.

Mağazaya quraşdırılmış müşahidə kamerasından görünür ki, oğru əvvəlcə özünü alıcı kimi göstərib, sonra isə satıcı tərəfə keçərək kassa aparatını sındırmaq istəyib. Lakin qadın buna imkan verməyib və onu döyməyə başlayıb. Mağazada olan başqa alıcılar da ona köməyə gəlib.

"Görünən odur ki, soyğunçu ən asan hədəfi seçib. Nə banka gedib, nə də içki düşkünlərinin hədəfi olan marketə... Adi çörək mağazasını soymağa qərar verib. Amma bacarmayıb, çünki mağazaya başqa bir xanım da gəlib və satıcı ilə birləşib oğrunu qaçmağa məcbur ediblər”, - deyə məlumatda deyilir.

İndi polis hər yerdə onu axtarır. (oxu.az)

 

B

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man