Yol polisləri pul yığıb ehtiyacı olanlara əlil arabası alıb göndərdi - VİDEO

İctimai nəqliyyat 10 May 2020 | 01:00
OXUNUB: 4980

Sürücülər üçün təlim keçən Arzu Babazadə karantin günlərində xeyirxah işlər də görüb. O, ümumilikdə 12 ailəyə uzun müddət üçün nəzərdə tutulan yardımlar təşkil edib. Arzu Babazadəyə bu işdə dostları da kömək edib. Yardım edilənlər arasında Qarabağ və Aprel döyüşlərinin iştirakçıları, 4 fiziki qüsurlu ailə də olub. Həmin ailələrə yardım kampaniyasına polislər də qoşulub. Bu barədə Avtosfer.az-a məlumat verən A.Babazadə deyib ki, ərzaq yardımı üçün maddi dəstəyi Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları edib.

Fiziki qüsurlu iki nəfərə isə əlil arabasının alınmasına Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yardım edib. Şöbənin əməkdaşı, polis baş serjantı Zaur Cahangirovun təşkilatçılığı ilə şöbənin bütün əməkdaşları pul yığaraq əlil arabalarını alıblar. Arzu Babazadə isə həmin arabaları ehtiyacı olan şəxslərə çatdırıb: “Mən polis əməkdaşlarına təklif etdim ki, yardımları və əlil arabalarını paylamaq üçün bizimlə birlikdə getsinlər. Amma onlar bunu istəmədilər və bildirdilər ki, biz reklam istəmirik. Mən isə Avtosfer.az saytı vasitəsilə həm öz adımdan, həm də həmin ailələr adından Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man