YAP parlamentdə neçə yer götürəcək? - PROQNOZ

28 Dekabr 2019 | 13:08
OXUNUB: 2281
 

"Üzvü olduğum Yeni Azərbaycan Partiyasının parlament seçkilərilə bağlı açıqladığı namizədlər siyahısında 60 faiz yenilənmə var. Bu siyahı göstərir ki, cənab Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq gəncləşmə gedir”.


Sfera.az-a açıqlamasında bu sözləri hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını elan etməsinə münasibət bildirərkən YAP üzvü, politoloq Cümşüd Nuriyev deyib:

 

 

"Bu YAP tərəfindən atılan yeni bir addımdır. İkincisi, hakim partiyanın namizədlər siyahısında xanımların sayının çoxaldığını müşahidə edirik. İndiyə qədərki seçkilərdə YAP bu qədər xanım namizədlərlə çıxış etməmişdi. Bu siyahının bir üstünlüyü də odur ki, siyahıda yaşlı, orta və gənc nəslə də geniş yer verilib”.

 

Həmsöhbətimiz hakim partiyanın bu seçimini uğurlu seçim kimi dəyərləndirdi: "Seçim çox uğurludur. Yaşlı nəslin nümayəndələrilə gənclər arasında körpü qırılmayıb. Eyni zamanda, gənclərə də bu imkan tanınıb. YAP bu şansı gənclərə verib. Amma bu o demək deyil ki, hakim partiyanın bütün namizədləri parlamentə düşəcək. 123 dairədən YAP namizəd verib, fikrimcə, 50 faizlik uğur qazansa, bu kifayət qədər böyük uğur olacaq. Seçkilərdə ümumiyyətlə iştirak edəcək namizədlərin sayı da kifayət qədər çoxdur. Elə dairə yoxdur ki, orda namizədlərin sayı 10-dan çox olmasın. Yəni bu seçki kifayət qədər demokratik keçiriləcək.

 

YAP-ın bu namizəd siyahısı uğurlu siyahıdır və dəstəkləyirik. Azərbaycan, dövlətimiz, millətimiz üçün uğurlu olsun”.

 

 

Elçin

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man