Ölkə ərazisində bütün şəhər və rayonlarda olduğu kimi Astarada da vətəndaşların sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayondaxili hərəkət edən marşrutlarda sıxlığın yaranmaması və sosial izolyasiya tədbirlərinə riayət olunması məqsədilə davamlı iş aparılır. Yol patrul xidməti əməkdaşları tərəfindən sürücülərə və sərnişinlərə tibbi əlcək və maska paylanır. Onlara normadan artıq sərnişin daşımağın bütün hallarda təhlükəli olduğu bir daha izah olunur.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man