Bakı-Sumqayıt yolunda hərəkət edən sürücünün təhlükəli hərəkətləri Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, mayın 8-i Beynəlxalq Avtovağzalın yanından üzü şəhər istiqamətinə hərəkət edən 99-MK-481 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək hərəkət edib. O, bir az qarşıda manevr qaydasını yenidən pozaraq özündən solda hərəkət edən avtomobilə təhlükə yaradıb. Bu səbəbədən ona yol patrul xidməti inspektoru saxla işarəsi verir, lakin sürücü dayanmadan hərəkətinə davam edib. Bundan sonra o, tunelə daxil olan zaman 1.1 bütov xəttin tələbini pozaraq yüksək sürətlə gözdən uzaqlaşıb.
Həmin görüntüləri sizə təqdim edirik.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man