Dünya çempionumuz avtomobil qəzasına düşdü - VİDEO

Yol qəzaları 08 May 2020 | 11:15
OXUNUB: 608

Ötən axşam dünya və Avropa çempionu Anar Süleymanov avtomobil qəzası keçirib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə idmançı ATV kanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olduğu zaman məlumat verib. Canlı efirə 20 dəqiqə gecikən A.Süleymanov başına gələn hadisəni belə nəql edib: “Verilişə gecikməyimin səbəbi ATV-yə gələndə keçirdiyim qəza oldu. Qarşıma gözlənilmədən avtomobil çıxdı. Bir az qanqaraçılıq oldu, amma keçdi. Düz hərəkət etməli idim, anidən yolu dəyişib sağa getmək istədim.

Sağa döndüm və 100 metrdən sonra başqa bir avtomobillə toqquşdum. Əslində, günah məndə deyildi. Şükür olsun ki, nə mən, nə də ki digər avtomobilin sürücüsü xəsarət almadıq. İkimiz də sağ-salamatıq”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man