Kirayələdiyi lüks avtomobili dənizə atdı; sonra isə... - VİDEO

Nəqliyyat TV 07 May 2020 | 18:27
OXUNUB: 11645

Ötən gün Türkiyənin İzmir vilayətində lüks avtomobili dənizə atıb sonra da heç nə olmamış kimi yoluna davam edən şəxsin psixoloji problemlərinin olduğu məlum olub. 

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə mayın 6-da Urla rayonunda yerləşən karantin adasında baş verib.

İddiaya görə, Çeşmə rayonundan lüks avtomobil kirayələyən 27 yaşlı B.G., nəqliyyat vasitəsi ilə adanın girişinə gələrək onu yolun kənarına park edib. Bundan sonra gözləyən B.G., əl əyləcini endirərək işlək vəziyyətdə olan avtomobili hərəkət etdirərək dənizə atıb.

Ardınca da heç nə olmamış kimi yoluna davam edib.

O anlar isə ətrafda olan bir şəxs tərəfindən mobil telefon vasitəsi ilə görüntülənib.

Hüquq-mühafizə orqanlarının apardıqları araşdırma, qısa müddətdə öz nəticəsini verib.

Araşdırma zamanı müəyyən olunub ki, Balıqesirde yaşayan B.G.-nin psixoloji problemləri var.

Polislər onu ailəsinə təhvil veriblər. Maşın sahibi isə ondan şikayətçi olmayıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man