Pandemiya Hertz şirkətinin sonu olub

Nəqliyyat xəbərləri 07 May 2020 | 14:45
OXUNUB: 1049

Avtomobillərin icarəsi üzrə ixtisaslaşmış Hertz korporasiyasının tarixi 1918-ci ildə başlayır. Lakin, 100 ildən çoxdur ki fəaliyyət göstərən şirkətin tarixinə bu il son verilə bilər. Con Daniel Hetrz tərəfindən əsası qoyulmuş şirkət, 2019-cu ili yüz milyon dollar itki ilə başa vurub. Koronavirus pandemiyası isə şirkətin tabutuna vurulan son mismar olub.

Bloomberg agentlinin məlumatına görə, Hertz şirkətinin hüquqşünasları kreditorlarla aktiv şəkildə danışıqlar apararaq, borcun restrukruzasiya edilməsi barədə razılığa gəlməyə çalışırlar. Şirkətinin kreditorlara olan borcu 17 milyard dollara çatıb. Bununla birlikdə, əksər analitiklər şirkətin xilasolma şanslarının cüzi olduğunu hesab edirlər. Onlar, iflas prosesinin başlamasının zaman məsələsi olduğunu bildiriblər. Bu ilin üç ayında Hertz şirkətinin səhmləri 73% eniş göstərərək və iki dollardan satılıblar.

Hertz brendi altında dünyanın 145 ölkəsində 12 mindən çox ofis fəaliyyət göstərir. Şirkətin Azərbaycandakı nümayəndəliyi 2014-cü ildə fəaliyyətə başlayıb.(autograph.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man