Lamborghini bu gün yeni superkarı təqdim edəcək

Nəqliyyat xəbərləri 07 May 2020 | 13:50
OXUNUB: 1066

Lamborghini şirkətinin yeni modelin təqdimatına hazırlaşdığı barədə məlumat qeyri-adi şəkildə ortaya çıxıb. Yeni superkarın şəkli firma Lamborghini Unica tətbiqində aşkar edilib. İtalyan markası Lamborghini Huracan Evo RWD Spyder adlandırılan modeli bu gün təqdim etməyə hazırlaşır. Bu avtomobil yenilənmiş Huracan ailəsinin dördüncü üzvü olacaqdır.

Lamborghini şirkəti rəsmi olaraq yeni model barədə məlumat verməsə də, çox güman ki, Huracan Evo RWD Spyder texniki cəhətdən arxaçəkişli Huracan Evo RWD kupesini təkrarlayacaq və tamşəkişli Huracan Evo Spyder modelindən aerodinamik kuzov dəsti ilə fərqlənəcəkdir.

 

Gözlənildiyi kimi, Hucaran Evo RWD Spyder modeli 5,2-litrlik V10 atmosfer mühərriki ilə təchiz edilməlidir. Lakin, bu mühərrikin gücü 640-dan 610 at qüvvəsinə qədər azaldılacaq, fırlanma anı isə 560 Nm-dən çox olmayacaqdır. Yeddi pilləli LDF "robotu" isə dəyişilməz qalmalıdır.

Bundan başqa, "Spayder" kupe kuzovlu Huracan Evo RWD modelində sınaqdan çıxarılmış fırlanma anının bölüşdürülməsi sistemi ilə də təchiz ediləcəkdir. Açıq kuzovlu və arxaçəkişli versiyanın tamötürməli rodsterdən 30-40 kiloqram yüngül və ondan bir qədər yavaş olacağı gözlənilir. Yeni model haqqında ətraflı məlumat bu gün keçiriləcək təqdimatda veriləcəkdir.(autograph.az)

Mənbə: Wilcoblock

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man