Lamborghini Urus olmaq istəyən Toyota RAV4

Nəqliyyat xəbərləri 07 May 2020 | 00:40
OXUNUB: 1273

Yapon Albermo atelyesi Toyota RAV4 modeli üçün maraqlı tüninq dəsti hazırlayıb. Bu dəstin köməkliyi ilə yapon krossoverini Lamborghini Urus modelinə bənzətmək olar. Qeyd etmək lazımdır ki, bu transformasiyanı həyata keçirmək istəyən RAV4 sahibi 2,3 min dollar ödəməlidir. Bu məbləğə quraşdırılma və boyama daxil deyil.

Lamborghini Urus modeli ilə Toyota RAV4 modelinin calağı Albermo XR51 adlanır. Yapon ofrouderini "bərkgedən" italyan krossoverinə bənzədən əsas detal isə, Y-şəkilli lamelləri olan hava girişlərinə sahib olan ön bamperdir. Arxa tərəfdə isə, buraxılış sisteminin saxta çıxış boruları quraşdırılmış diffuzor və baqaj qapağına bərkidilmiş spoyler də var. Ancaq yapon krossoveri istənilən halda Urus modelinin klonuna çevrilməyib - avtomobilin Toyota RAV4 olduğu o dəqiqə diqqəti çəkir.(autograph)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man