Rusiyanın Tomsk şəhərində 10 yaşlı oğlan qaçırdığı avtomobillə qəza törədib. Avtosfer.az xəbər verir ki, valideynlərinin mağazaya getməsindən istifadə edən oğlan, özündən 6 yaş kiçik bacısını da yanına alaraq avtomobili qaçırıb. Polisin təqibindən qaçan azyaşlının görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda, yağışlı havada polis avtomobilinin təqibindən qaçan oğlanın hərəkətin əks istiqamətinə çıxaraq getdiyi və nəqliyyat vasitələrinin arasından qəfil manevrlər edərək irəlilədiyi görülür. Bir müddət təhlükəli avtomobil idarə edən uşaq, qarşıdan gələn maşınların çox olduğunu görür və ötmə əməliyyatını yerinə yetirə bilməyəcəyini anlayaraq avtomobili yol kənarına sürür. Bu zaman o, dəmir yol relslərinə ilişir.
Yerli KİV-in bildirdiyinə görə, bacı-qardaşa ilkin tibbi yardım göstərilib.
Polisin məlumatına görə, uşaqların valideynləri məsuliyyətə cəlb olunublar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man