Hyundai Santa Cruz pikapının daha bir şəkli peyda olub - FOTO

Nəqliyyat xəbərləri 06 May 2020 | 10:45
OXUNUB: 1097

Hyundai şirkətinin Santa Cruz modeli ilə pikap seqmentinə daxil olmağa hazırlaşdığı artıq məlumdur. Bir müddət bundan öncə, casuslar yeni modelin kamuflyaja bürünmüş sınaq prototipinin şəkilini də çəkməyə müvəffəq olublar. Bu günlərdə isə, pikapın daha bir şəkli peyda olub - bu seriya modelinin kuzovudur.

Şəkildə bamperləri və hərəkət hissəsi olmayan kuzov təsvir edilib və onun yan tərəflərindəki döymələrin yeni nəsil Hyundai Elantra modelindəkinə bənzədiyi diqqəti çəkir. Hyundai şirkəti yeni firma dizayn üslubunu Parametric Dynamics adlandırır və bir nöqtədə birləşən üç xətt bu dizaynın seçilən cəhətidir. Bundan başqa, Santa Cruz maili arxa dayaqları da əldə edib.

 

İlin əvvəlində Santa Cruz modelinin 3,0-litrlik altısilindrli turbodizel ilə təchiz ediləcəyi barədə məlumat peyda olmuşdu. hazırda həmin mühərrik Genesis markasının ilk krossoveri olan GV80 modelində quraşdırılır. Mühərrikin hasilatı 278 at qüvvəsi və 588 Nm fırlanma anı təşkil edir. Bununla belə, pikap ABŞ bazarında benzin mühərriki ilə təklif ediləcəkdir, çünki amerikalılar belə modifikasiyalara çox üstünlük verirlər.

Hyundai Santa Cruz modelinin bu ilin dördüncü rübündə debüt edəcəyi gözlənilir. Hyundai şirkəti Santa Cruz pikapının istehsalının Alabama ştatındakı Montqomeri şəhərindəki zaovodda yerləşdiriləcəyini bildirib. Modelin istehsalına 2021-ci ildə başlanacaqdır. Bunun üçün amerikan müəsissəsinin modernləşdirilməsinə 410 milyon dollar sərmayə qoyulacaqdır. Müəssisənin əməkdaşlarının sayı isə 200 nəfər artırılacaqdır.(autograph.az)

Mənbə: Motor1

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man