ABŞ-da 5 yaşlı oğlan atasının avtomobilini qaçıraraq bacısının yanına getmək istəyib. Avtosfer.az xəbər verir ki, azyaşlı sürücü polis saxlayana kimi bir neçə kilometr irəliləməyə müvəffəq olub. Bu barədə “CNN” məlumat yayıb.
Bildirilir ki, o, ayaqlarını pedallara çatdırmaq üçün kreslonun qırağında əyləşib.
Polislərə adının Adrian olduğunu deyən oğlan, Kaliforniyaya bacısının yanına getdiyini söyləyib. Adrian həmçinin “Lamborghini” almaq istədiyini, bunun üçün isə 3 dollar pulu olduğunu qeyd edib. Bundan sonra polislər oğlanın valideynləri ilə əlaqə saxlayıblar və onu evinə aparıblar.
Qəribədir ki, valideynləri övladlarının heç zaman sükan arxasında oturmadığını və onun bunu necə bacardığını anlamadıqlarını iddia ediblər.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man