Yaşı 65-dən çox olan şəxs avtomobilini texniki baxışdan keçirə bilərmi? - DYP-dən AÇIQLAMA

İctimai nəqliyyat 05 May 2020 | 14:15
OXUNUB: 1355

Ölkədə elan olmuş xüsusi karantin dövründə sürücüləri maraqlandıran əsas məsələlərdən biri də avtomobilin texniki baxışdır. Texniki baxış mərkəzləri hazırda fəaliyyət göstərsə də sürücülərin texniki baxışdan keçməsi üçün güzəşt tətbiq olunur. Belə ki, hazırda texniki baxışa görə cərimə yazılmır. Avtosfer.az-ın məlumatına görə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev “MediaPost”a bildirib ki, yol polisi karantin rejimində texniki baxışdan keçməməyə görə cərimə tətbiq etmir.

Kamran Əliyev xatırladıb ki, xüsusi karantin rejimində 8103 SMS xidmətində 2 indeksi üzrə müxtəlif sahələr üzrə icazələr verilir. "Bu icazələrin müddəti artıq 2 saatdan 3 saata qədər artırılıb. Bunu nəzərə alaraq baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara sürücülərə və avtomobil sahiblərinə müraciət edərək bildirir ki, texniki baxış müddəti bitən nəqliyyat vasitələrinin sahibləri də BDYPİ-nin Qeydiyyat İmtahan Şöbələrinə yaxınlaşaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər."

Kamran Əliyev hesab edir ki, 3 saat müddət bu proseslərin həyata keçirilməsi üçün sürücülərə kifayət edəcək.

65 yaşdan yuxarı olan sürücülərlə bağlı məsələyə münasibət bildirən Kamran Əliyev bildirib ki, hazırda qeyd olunan şəxslərin evdən çıxması qadağan edildiyi üçün onlar texniki baxışdan keçməməlidir. "Karantin rejimindən sonra sürücülərə vaxt veriləcək ki, onlar texniki baxışdan keçsinlər."

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man