Yeni nəsil Hyundai Tucson modelinin interyer şəkilləri ortaya çıxıb - FOTO

Nəqliyyat xəbərləri 05 May 2020 | 09:45
OXUNUB: 1525

Cənubi Koreyanın "TheKoreanCarBlog" nəşri yeni nəsil Hyundai Tucson modelinin interyer şəkillərini yayıb. Dərc edilmiş şəkillərdə yeni Tucson modelinin fərqli ön panel arxitekturasına sahib olduğu diqqəti çəkir.

Müasir Hyundai modellərində cihazlar paneli və multimedia sisteminin displeyi eyni səviyyədədir, klimat-kontrol sistemi isə şayba vasitəsi ilə tənzimlənir. Dördüncü nəsil Tucson modeli isə yeni dizayn üslubunun yaradıcısına çevrilə bilər: yayılan şəkillərdə məlumat-əyləncə kompleksinin genişformatlı ekranın klimat-kontrolun sensorlu paneli ilə birlikdə mərkəzi konsolda yerləşdiyi diqqəti çəkir.

 

Zəngin təchizata malik olan Tucson modeli 10,25-düymlük virtual cihazlar panelini ilə təklif ediləcəkdir, lakin baza təchizatlı krossoverlər əvvəlki kimi klassik analoq cihazlar panelinə malik olacaqdırlar. Ön panel və mərkəzi tunelin arasında qadcetlərin simsiz doldurulması üçün nəzərdə tutulmuş iri meydança, USB-girişi və 12 voltluq yuva yerləşəcəkdir. Transmissiyanın ənənəvi selektoru, son nəsil Sonata modelində olduğu kimi, düyməli blokla əvəzlənəcəkdir.

Mühərrik çeşidinə gəldikdə isə, dördüncü nəsil Tucson krossoveri 8-pilləli avtomatik transmissiya ilə birlikdə çalışacaq, Theta3 ailəsindən olan, yeni 2,5-litrlik turbomühərrik ilə təklif ediləcəkdir. Bu güc qurğusu ABŞ bazarı üçün əsas mühərrik olacaqdır. Bundan əlavə, Avropa bazarı üçün, krossoverin qoşulan hibrid güc qurğusu ilə təchiz edilmiş versiyası buraxılacaqdır.

 

Yeni nəsil Hyundai Ticson modelinin qeyri-standart interyerlə yanaşı, daha cəsarətli eksteryer dizaynını təklif edəcəyi də məlumdur. Yeni krossoverin xarici görünüşünün Vision T konsept avtomobilinin dizayn üslubunda hazırlanacağı gözlənilir. Böyük ehtimalla, Hyundai Tucson modelinin dördüncü nəsli bu ilin sonlarına yaxın debüt edəcəkdir.(autograph.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man