Aiways şirkəti təhlükəsiz batareya hazırlayıb

Nəqliyyat xəbərləri 05 May 2020 | 00:45
OXUNUB: 1330

Çinin Aiways şirkəti dünyada ilk sendviç quruluşlu batareya blokunu təqdim edib. Patentləşdirilmiş konstruksiyanın əsas cəhəti radiator və hüceyrələrin arasında yerləşən izolyasiya lövhəsidir. Bu löhvə blokun ciddi deformasiyası zamanı belə, soyuducu mayenin sızmasının qarşısını alır və batareyanı daha etibarlı edir.

63 kilovat-saatlıq Aiways batareya bloku akkumulyator hüceyrələrindən, soyutma sisteminin radiatorundan və izolyasiya lövhəsindən ibarət çoxqatlı "sendviçdir". Bu lövhə əlavə istilik izolyasiyasını təmin edir və modulları soyuducu mayenin sızmasından qoruyur. Şirkətdən verilən məlumata görə, elektrokarların batareyalarının təhlükəsizliyi ilə bağlı hadisələrin 80 faizinin səbəbi soyuducu mayenin hüceyrələrin quru hissəsinə düşməsidir.

 

Batareyalar bloku, cərəyan səviyyəsini qiymətləndirən mürəkkəb alqoritmlərə əsaslanan quraşdırılmış nəzarət sistemi (SOC) tərəfindən idarə edilir. Özünü təkmilləşdirmə funksiyasına malik olan alqoritmlər real vaxt rejimində enerji sərfiyyatı haqqında məlumat verir və səmərəliliyin artırılması üçün müxtəlif variantlar təklif edir. Aparılmış testlər, belə batareya ilə təchiz edilmiş Aiways U5 krossoverinin sıfır dərəcə temperaturu olan hava şəraitində  300 kilometr məsafə qət etdiyini göstərib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man