Rusiyada motosikletin və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Kalininqrad əyalətində qeydə alınıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin əyalət üzrə mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, 50 yaşlı sürücü idarə etdiyi “Volvo” markalı avtomobillə hərəkətdə olarkən, yol hərəkəti qaydalarına riayət etməyərək digər hərəkət zolağına manevr edib və bu zaman qarşı yoldan gələn motosikletli ona çırpılıb.
Zərbənin təsirindən motosiklet parçalara ayrılıb.
Qəza nəticəsində motosikletin sürücüsü və avtomobilin arxa kreslosunda əyləşən qadın sərnişin hadisə yerində vəfat ediblər. Motosikletin qadın sərnişini isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man