Kürdəmirdə baş verən qəzada ölənlərin sayı 6-ya çatdı.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2 yaşlı Kürdəmir rayon sakini Piriyev Sabir Ceyhun oğlu və İmişli rayon sakini Hətəmova Arzu İsrail qızı da ölüb.
***15:25
Video əlavə olunub
*** 12:37
Kürdəmirdə baş verən yol qəzasında daha bir nəfər də ölüb. Hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Belə ki, "Nissan" markalı avtomobilin azyaşlı sərnişini - 2 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada vəfat edib.
***12:00
Kürdəmirdə baş verən yol qəzasında daha bir nəfər də ölüb. Hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
***11:26
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb. "Nissan"da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man