Türkiyənin Mersin vilayətində nəqliyyatda yol vermək üstündə düşən mübahisə zamanı, kişi 3 qadını dəyənəklə döyüb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident Mezitli rayonunda qeydə alınıb.
Məlumata görə, gündüz saatlarında nəqliyyatın intensiv olan vaxtında yolda hərəkət edən iki avtomobildə olanların yol vermək üstündə sözlü atışmaları baş verib. Bundan sonra avtomobillərdən enən 4 qadın yolun ortasında mübahisələrinə davam ediblər. Ardınca isə maşınların birindən düşən kişi sürücü dəyənəklə 3 qadını vurmağa başlayıb.
Ətrafdakıların reaksiya göstərməsi və onların arasına girməsi ilə qadınları vurmaqdan əl çəkən şəxs, daha sonra onunla birgə olan qadının qolundan tutaraq avtomobilinə minib və oradan uzaqlaşıb.
Hadisədən sonra döyülün qadınlar polisə gedərək, onlara şiddət göstərən sürücüdən şikayətçi olublar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man