"Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeronda karantinlə bağlı elan edilən qadağalar qüvvədədir".
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev koronavirusla əlaqədar karantin rejiminin yumşadılmasından danışarkən deyib.
Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayon istisna olmaqla yerdə qalan rayonların vətəndaşları öz ərazilərində gəzmələri icazəsiz həyata keçiriləcək:
"Qərarda adı olmayan rayonların vətəndaşları icazə almadan istədikləri yerə gedəcək. Amma Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron ərazisində bu məhdudiyyətlər aradan qaldırılmayıb. Yəni, adı gedən şəhərlərdə yaşayan vətəndaşlar mayın 31-nə kimi SMS və "icaze.gov.az"dan istifadə etməklə evdən çıxacaq. Rayon sakinlərinin Bakıya gəlişinə, eləcə də Bakıdan rayona getməyə icazə verilmir".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man