Azərbaycanlı bloqerdən maraqlı addım: Cütlüyə “Lamborghini”sini sürməyə verdi - VİDEO

Maraqlı 01 May 2020 | 12:00
OXUNUB: 2073

Rusiyada bloqerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənov maraqlı addımı ilə gündəmə damğasını vurub. Avtosfer.az oxu.oz-a istinadən xəbər verir ki, səs-küylü, rəngarəng həyatı və çəkdiyi ağlasığmaz videoları ilə izləyicilərini mat qoyan H.Həsənov lüks “Lamborghini”sini onunla bərabər yolda gedən cütlüyə sürməyə verib. 

Belə ki, məşhur bloqer onunla eyni yolda gedən sevgili cütlüklə salamlaşıb, irəlidə avtomobillərini saxlamağı xahiş edib. 

Vlad adlı oğlanla söhbət etdikdən sonra H.Həsənov ikilinin onun “Lamborghini”sinə əyləşib, sürməsinə icazə verib. 

Gördüklərindən təəccübünü gizlədə bilməyən cütlük bloqerin qəribə istəyini həyata keçiriblər. Onların sadə avtomobillərini isə H.Həsənov sürüb.  

Qeyd edək ki, H.Həsənov Rusiyada anadan olub, əslən azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan H.Həsənov hazırda sahib olduqlarına görə, elə özünə borcludur. O, Rusiyada ən populyar bloqerlərdən biridir.

İş adamının 13 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan H.Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. O, restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez gələn H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man