Rusiyanın Kemerov şəhərində “taksi” ilə “Toyota”nın toqquşma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Tuxaçevsk küçəsində qeydə alınıb.
Kadrlarda, taksi xidməti göstərən avtomobilin sürücüsü yol kəsişməsində sola dönmə manevrinin etmək istədiyi və bu arada sürətlə hərəkətdə olan “Toyota Land Cruiser”lə toqquşduğu görülür.
Zərbənin təsirindən “taksi” sürücüsü avtomobildən düşərək asfaltda sürüklənir.
Hadisə şahidinin sözlərinə görə, “taksi” sürücüsü ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man