Bu ilin I rübündə Almaniyanın avtomobil istehsalçısı, məşhur "Mercedes-Benz" markasının sahibi “Daimler” şirkətinin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard avro və yaxud təxminən 12,8 dəfə azalaraq 168 milyon avroya düşüb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə avtomobil nəhənginin dövriyyəsi 37,2 milyard avro təşkil edib ki, bu da illik müqayisıdı 6% azdır.
Şirkətin səhmdarlarına ödədiyi dividendin məbləği isə 2 milyard avro və yaxud 22,4 dəfə azalaraq 94 milyon avro olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man