5,5 tonluq “BelAZ” təkəri sürücünü öldürdü - VİDEO

Nəqliyyat TV 28 Aprel 2020 | 18:58
OXUNUB: 2811

Rusiyanın Orenburq əyalətində ağır tonnajlı maşının təkərini çıxarmaq istəyən sürücü dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident Novorudnıy qəsəbəsində qeydə alınıb. Bu barədə “Vesti” portalı məlumat yayıb.

Məlumata görə, qəsəbədə yerləşən çınqıl daş zavodunun işçisi “BelAZ” markalı yük maşınının arxa təkərini təmir üçün çıxarmaq istəyərkən partlayış baş verib. Partlayış zamanı 5,5 ton ağırlığında olan təkər yerindən çıxaraq sürücüyə çırpılıb.

Nəticədə 26 yaşlı şəxs aldığı xəsarətlərdən vəfat edib.

Hadisənin görüntüləri isə təhlükəsizlik kamerasına düşüb. Həmin kadrları təqdim edirik.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man